Bakıda ötən gün iki qadın intihara cəhd edib. İntihara cəhd 20 Yanvar körpüsündə baş verib.

Unikal.org xəbər verir ki, iki qadın özünü körpüdən aşağı atmaq istəyib. Lakin polis əməkdaşları onları fikilərindən daşındırmağa müvəffəq ola biliblər.

Belə ki, qadınlarla söhbət edən polislər onları bu yoldan çəkindiriblər. Bir müddət sonra hər iki qadın polislərin köməyi ilə körpüdən uzaqlaşdırılıblar.(turaninfo)