İkinci dünya müharibəsinin 102 yaşlı veteranı, ABŞ və Kanada ordusunda xidmət edən, həmçinin nasist düşərgəsində yaşamış Sidni Koula orta məktəb diplomu və hərbi medalları təqdim olunub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Sidni Koul 1930-cu ildə Nyu-York ştatında Buffalo məktəbində təhsili ataraq, orduya yazılır. ABŞ-ın Hərbi Hava Qüvvələri ondan imtina etdikdə isə, sərhədi keçərək Kanada kral Hərbi Hava Qüvvələrinə xidmətə daxil olur.

Pörl Harbor hücumundan sonra Hərbi Hava Qüvvələrlərini tərk edərək, 1943-cü ildə ABŞ-ın quru qoşunlarına xidmət etməyə gedir. Hərbi Hava Qüvvələrinə yenidən qayıtdıqda isə 1945-ci ildə onun idarə etdiyi təyyarəni vururlar. Əsir düşən Sidni 4 ay nasist düşərgəsində qalmalı olur.

Bu yaxınlarda isə müharibə veteranına orta məktəb diplomu və 10 medal veriblər. Medallar arasında "Al-qırmızı ürək" və "Tunc ulduz" da var.