Aprelin 5-də Azərbaycanın cənub bölgəsində zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Unikal.org-a verilən məlumata görə, zəlzələ yerli vaxtla 03:16-da Lənkərandan 27 km şimal-qərbdə, Lənkəran rayonu ərazisində qeydə alınıb.
Zəlzələ maqnitudası 4,3 bal təşkil edib, yaxın yaşayış məntəqələrində isə 3 bala qədər hiss olunub. Zəlzələnin ocağı 20 km dərinlikdə yerləşib. Dağıntı və tələfat qeydə alınmayıb.