Biləsuvar Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə narkotik qaçaqmalçılığının qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, idarənin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama keçirilib. Yoxlama nəticəsində, vətəndaşın daxili orqanında (düz bağırsağında) bir ədəd bükümdə, xalis çəkisi 35,984 qram olan heroin aşkar edilib.
"Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşının üzərində şəxsi yoxlama zamanı isə onun qolları dirsəyə qədər qatlanmış köynəyinin sağ qolunda bir ədəd bükümdə, xalis çəkisi 0,523 qram olan tiryək aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.