Bakıda məktəbdə 1-ci sinif şagirdi yıxılaraq xəsarət alıb.

Unikal.org xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, N.Nərimanov adına 45 saylı orta məktəbin 1-ci sinfində oxuyan 2010-cu il təvəllüdlü Abdulla Herakıyev Abdulla məktəbin pilləkənindan yıxılaraq bədən xəsarətləri alıb. O, "Təcili yardım" maşını ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Məktəblinin nəzarətsiz vəziyyətdə yıxılmasının səbəbləri araşdırılır.(report)