Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində içərisində 4000 avro olan çanta oğurlanıb.

Bu barədə Unikal.org-a Daxili işlər Nazirliyi məlumat verilib.

Belə ki, Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 16-da Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində Bakı şəhər sakininə məxsus, içərisində 4000 avro olan çantanı oğurlamaqda şübhəli bilinən paytaxt sakini Vaqif Rzayev tutulub.

Araşdırmalar davam etdirilir.