Əri qardaşı qızıyla qaçan Həmidə Səfərovanı öz ailəsi də qəbul etmir.
Unikal.org xəbər verir ki, qadının ölkə.az-a bildirdiyinə görə, atası evinə gəldiyi gündən onu və övladlarını döyürlər:
"Xahiş edirəm, yalvarıram, mənə kömək edin. Hara deyirsinizsə, ora gəlim, amma təki kimsə mənə sahib çıxsın. İki aylıq uşaq qucağımda, evdə ora-bura qaçıram. Uşaqlarımı və məni döyürlər, söyürlər ki, niyə danışırsan bunları? Ümidim sizədir, qurban olum, mənə kömək edin".
Qeyd edək ki, Həmidə Səfərovanın həyat yoldaşı Həsən Səfərov 23 yaşlı qardaşı qızıyla qaçıb.