Rusiyanın paytaxtı Moskvanın cənub-qərbində orta məktəbdə yanğın baş verib.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə binanın birinci mərtəbəsində elektrik lövhəsində başlayıb.

Profsoyuz küçəsi 170 saylı məktəbdə baş vermiş insidentlə bağlı məktəbdən 690 nəfər təxliyə edilib. Hadisə yerinə təcili yardım maşınları gəlib. 

Xəsarət alanların olub-olmaması barədə hələ məlumat verilməyib.