İranın şimal şərqində - Məşhəd şəhəri yaxınlığında güclü zəlzələ baş verib.

Unikal.org İran mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı azı bir nəfərin öldüyü deyilir.

Zəlzələnin 6,1 baş gücündə baş verdiyi və episentrinin Rəzavi Xorasan vilayətinin Səfid Səng şəhərində, 10 km dərinlikdə yerləşdiyi bildirilir. Episentrə yaxın azı 4 kənddə dağıntılar olduğu bildirlir.

Hazırda xilasetmə qüvvələri və helikopterlər əraziyə cəlb olunub.