Bakıda 46 yaşlı kişini avtomobil vurub.

Unikal.org xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, 2-ci Zabrat qəsəbəsində yolu keçmək istəyən 1971-ci il təvəllüdlü Qasımov Tacib Fəzail oğlunu avtomobil vurub. Nəticədə T.Qasmov sınıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(report)