Sankt-Peterburqda metroda törədilən terror aktı nəticəsində həlak olan azərbaycanlının meyiti Bakıya gətirilib.

Unikal.org xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında olan əməkdaşının verdiyi məlumata görə, Dilbər Əliyevanın nəşini gətirən təyyarə Bakıya enib.

Mərhumun meyiti yaxınlarına təhvil veriləcək.

Yaxınları bildirib ki, D. Əliyeva sabah Bakı şəhərində dəfn olunacaq. Yas mərasimi isə Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində keçiriləcək.

Qeyd edək ki, aprelin 3-də Sankt-Peterburq metrosunda baş verən partlayışda 14 nəfər ölüb, 49 nəfər yaralanıb. Yaralananlar arasında Azərbaycan əsilli Rusiya vətəndaşı Zaur Vəliyev də var.







apa