Qazaxda qadın ehtiyatsızlıq nəticəsində xəsarət alıb.

Unikal.org Lent.az-a istinadən məlumatına görə, Qazax şəhər sakini, 1963-cü il təvəllüdlü Məmmədova Nəsibə Sədi qızı mətbəxdə hündürlükdən ətçəkən maşını götürmək istəyərkən dəmir qurğu onun başına düşüb.

Başından xəsarət alan qadın xəstəxanaya yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir.