Hacıqabul rayonunda bir nəfərin yaralanması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Nəvahi kəndi ərazisindəki "Nur" kafesinin yaxınlığında qeydə alınıb.

Belə ki, Ağcabədi rayon sakini, 34 yaşlı Elnur Elman oğlu Rüstəmovun idarə etdiyi "KaMAZ markalı yük maşını "Ford markalı yük avtomobili ilə toqquşub. Nəticədə "KaMAZ avtomobilinin sürücüsü E.Rüstəmov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.