Ağstafada yanğın qeydə alınıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Ağstafa rayonu, Poylu kəndində vətəndaşa məxsus ümumi sahəsi 200 m2 olan fermanın 60 m2 sahədə tavan hissəsi yanıb.

Fermanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.