Bakıda intihara cəhd olub.
Unikal.org xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Gülüstan qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 20 yaşlı Sevda Asim qızı Mahmudova intihar etmək məqsədi ilə çoxlu həb qəbul edib. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Polisdən bildirilib ki, ilkin məlumata görə, S.Mahmudova sevdiyi oğlandan ayrıldığı üçün bu addımı atıb.
Faktla bağlı araşdırma aparılır.