Qazax sakini bədbəxt hadisə nəticəsində ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, aprelin 5-də Qazax şəhərində yerləşən mebel fabriklərindən birində dülgər işləyən Etibar Məcidov ağac kəsən aparatla işləyən zaman ehtiyatsızlıqdan kəsdiyi ağacın bir hissəsi onun sinəsinə dəyib və o, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.