Azərbaycan prezidenti İlham Əliyev Vaşinqtonda ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşüb.
Unikal.org-un "Report"a istinadən verdyi xəbərə görə, görüş zamanı Con Kerri ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqları yolu ilə nizamlanacağına ümid etdiyini bildirib.
Prezident İlham Əliyev martın 30-da Amerika Birləşmiş Ştatlarına səfərə gedib. Dövlət başçısı Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak edəcək.
"Biz Dağlıq Qarabağdakı dondurulmuş münaqişənin həllini görmək istəyirik", — deyə Kerri əlavə edib.
Onun sözlərinə görə, "bu, danışıqlar prosesi ilə olmalıdır".