Şirvanda piyadanın ölümü ilə nəticələnə qəza baş verib. 

Unikal.org-un apa-ya istinadən məlumatına görə, hadisə şəhərin Gülbala Şıxabalaoğlu küçəsində baş verib. Nefçala rayonunun Surra kənd sakini, 1942-ci il təvəllüdlü Hüseynova Xanımgül Nəsir qızı yolu keçərkən "QAZ-24 markalı avtomobil tərəfindən vurulub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.