"Başqa seçimimiz yoxdu, bu səbəbdən...

"Əgər bu müharibəni biz udmasaq, Suriya dünya xəritəsindən silinəcək.

Unikal.org xəbər verir ki, bu sözləri Suriya prezidenti Bəşər Əsəd Xorvatiya mətbuatına müsahibəsində deyib. Bəşər Əsəd əldə etdiyi uğurları ordusu və xalqın qətiyyətinə, həmçinin Rusiya, İran və "Hizbullahın köməyinə borclu olduğunu deyib. "Bizim bu müharibədə qalib gəlməkdən başqa seçimimiz yoxdur. Bu baş verməsə, Suriya Yaxın Şərq xəritəsindən yox olacaq. Bu səbəbdən çox inadkar və qərarlıyıq - Əsəd deyib.