Bu gün Abşeron rayonu, Hökməli qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 30 m² olan birmərtəbəli 1 otaqlı tikilinin içərisində 1 ədəd yataq dəsti yanıb.
Unikal.org-un FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğının kəşfiyyatı zamanı tikilinin içərisində şəxsiyyəti məlum olmayan bir kişi cəsədi aşkarlanaraq, aidiyyəti üzrə təhvil verilib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 06:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.