Qaradağ rayonu ərazisində dənizdən tapılan meyitin kimliyi müəyyənləşib.

Unikal.org xəbər verir ki, meyit ötən ilin dekabrında N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinə məxsus estakadanın uçması nəticəsində ölən neftçi-operator Azay Zülfüqarova məxsusdur.

Azay Zülfüqarovun meyiti müayinə olunduqdan sonra ailəsinə təhvil veriləcək.

Qeyd edək ki, Azay Zülfüqarov eyni faciədə itkin düşən və meyiti martın 20-də tapılan 1965-ci il təvəllüdlü Güloğlan Zülfüqarovun qardaşıdır.