Bu gecə Biləsuvar rayonunun Zəhmətabad kəndində 4 yaşlı Abbasova Yağmur Mahir qızının ölümü ilə nəticələnən dəhşətli yanğın hadisəsinin təfərrüatları məlum olub.
Unikal.org Lent.az-a istinadən xəbər verir ki, hadisə vaxtı azyaşlı qız evdə 13 yaşlı dayısı ilə birgə olub. Onun anası Jalə Abbasova nənəsi Aynurə ilə harasa qonaq gedibmiş.
Bildirilir ki, Jalə Abbasova bir müddət əvvəl Mahir adlı şəxslə ailə qurub və çox keçmədən körpə qızı ilə anasının evinə qayıdıb. O, burada anası və kiçik qardaşı ilə birgə yaşamağa başlayıb. Dünən o, anası Aynurə ilə qonaqlığa gedib. Uşaq isə evdə yeniyetmə dayısı ilə qalıb. Gecə saat 01 radələrində evin yandığını görən yeniyetmə oğlan çətinliklə otağı tərk edərək həyətə düşə bilib. O, qonşuları çağırıb. Lakin artıq gec olub. 4 yaşlı Yağmur evdə tamamilə yanaraq ölüb. Körpənin anası və nənəsi yanğın söndürülərkən özlərini çatdıra biliblər.
Hadisədən sonra Jalə Abbasova və qardaşı ağır psixoloji travma alıblar və onlara yardım göstərilib.