Azərbaycanda daha bir məhkum ölümü qeydə alınıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki,  Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə alanb, 1933-cü il təvəllüdlü Hüseynəli Abdulla oğlu İsmayılov xəstəlikdən ölüb.

Qeyd edək ki, 84 yaşlı H. İsmayılov 2013-cü ildə yaşadığı Şəki rayonunda ov tüfəngi ilə gəlini İsmayılova Azadə Məmməd qızını güllələyərək qətlə yetirib.