Bakıda 33 yaşlı qadın intihara cəhd edib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu M.Rüstəmov küçəsindəki evlərdən birində qeydə alınıb.
Orada yaşayan 1984-cü il təvəllüdlü R.Məmmədova intihar məqsədi ilə müxtəlif dərmanlar içib.
O, xəstəxanaya yerləşdirilib.