Son məlumatlara görə, İsveçin paytaxtı Stokholmda baş vermiş insidentdə ölənlərin sayı 5 nəfərə çatıb. 

Unikal.org-un məlumatına görə, hadisə ilə bağlı araşdırmalar davam edir.

xxxxxxxxxxxxxxxxxxxxxxxx

İsveçin paytaxtı Stokholm şəhərində terror hadisəsi baş verib. Naməlum şəxs yük maşınını kütlənin üzərinə sürüb.

Unikal.org xəbər verir ki, hadisə nəticəsində 3 nəfər həlak olub və yaralananlar da var. Xüsusi xidmət orqanları artıq qəti dillə bu hadisənin bir terror aktı olduğunu söyləyirlər.

Yük maşınının həmin küçədəki bəzi dükanlara çırpıldığı xəbərləri yer alıb. Hazırda Stokholmun mərkəzində yerləşən bu prospekt polis səddi ilə dövrəyə alınıb. Hadisədən dərhal sonra metro bağlanıb.

Stokholmda polis yük avtomobilini insanların üzərinə sürən şəxsi saxlayıb.


Stockholm'de Trafiğe Kapalı Caddede Yayaların...by haberler