Amerikanın Google şirkəti axtarış sisteminə yeni mexanizm əlavə edib.

Unikal.org xəbər verir ki, bu mexanizm vasitəsilə KİV-lərdə yayılan məlumatın həqiqət olub-olmadığını üzə çıxarmaq mümkün olacaq. Məqsəd yanlış məlumatların yayılmasının qarşısını almaqdır.

Bundan sonra hər hansı xəbər və ya rəsmi bəyanat yayılanda Google "doğrudur, "yalandır, "qismən doğrudur kimi dəyərləndirmə verəcək. Şirkət xəbərləri dünyanın iri media qurumları ilə əməkdaşlıq çərçivəsində təsdiqləyəcək.