Zərdab rayonunda intihar hadisəsi baş verib.
Unikal.org bildirir ki, bu barədə Zərdab Rayon Prokurorluğundan məlumat verilib. Məlumata görə, hadisə rayonun Allahqulubağı kəndində qeydə alınıb. Kənd sakini, 1955-ci il təvəllüdlü Babayev Əbdülməmməd Əbdülhəmid oğlu yaşadığı evin həyətindəki tövlənin tavanından özünü asaraq intihar edib.
İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı Zərdab Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.