Abşeron rayonunda sahibkar icarəyə götürdüyü sexdə yanıb ölüb.
Unikal.org DİN-ə istinadən xəbər verir ki, aprelin 7-də saat 7 radələrində Abşeron rayonunun Hökməli qəsəbəsindəki ümumi sahəsi 25 kvm. olan ayaqqabı təmiri köşkündə yanğın baş verib.
Nəticədə yanar konstruksiyalar yanıb, yanğın söndürüldükdən sonra oranın icarədarı - Beyləqan rayon sakini Yusif Hüseynovun yanmış meyiti tapılıb.
Araşdırma aparılır.