Bakı sakini faciəvi şəkildə ölüb. 

Unikal.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin lift boşluğuna yıxılması barədə məlumat daxil olub. 

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 1989-cu il təvəllüdlü Həsənov Nurlan Şahmərdan oğlunun cəsədini lift boşluğundan çıxararaq aidiyyati üzrə təhvil veriblər.