Salyan rayonunda zəhərlənmə hadisəsi baş verib.
Unikal.og report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Noxudlu kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 21 yaşlı Gülmira Qəhrəman qızı Cahangirova xəstəliyi ilə bağlı həddən çox dərman qəbul etdiyindən zəhərlənib. O, yaxınları tərəfindən Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Qadına ilk tibbi yardım göstərilib və G. Cahanbirova reanimasiya şöbəsinə yerləşdirilib.
Onun vəziyyətinin ağır olduğu bildirilir.