Qazax rayonunda bədbəxt hadisə nəticəsində yerli sakin balta ilə ayağını kəsib.

Unikal.org report-a istinadən məlumatına görə, hadisə səhər saatlarında rayonun Qarapapaq kəndində baş verib.

Kənd sakini, 1961-ci il təvəllüdlü, Məmmədov Mayis İsmayıl oğlu həyətdə ağac kəsən zaman ehtiyatsız davranaraq balta ilə sol ayaq barmaqlarını kəsib. Yaralı yaxınları tərəfindən xəstəxanaya aparılıb. Dərhal əməliyyata alınan yaralının vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.