Bakıda bir nəfər spritli içkidən zəhərlənərək ölüb.

Unikal.org Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, aprelin 7-də paytaxtın Nizami rayonu ərazisindən Ağsu rayon sakini Cabir Mustafayev alkoqoldan zəhərlənmə ilə Toksikologiya Mərkəzinə gətirilib və aprelin 8-də orada ölüb.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.