Ermənistan silahlı qüvvələrində çalışan hərbi həkimlərin aprel döyüşÂlərinin ildönümü ərəfəsində mətbuata verdikləri açıqlamalarda bir ildən sonÂra itkilərin bəlli qismini etiraf etməklə yanaşı, Ermənistan ordu rəhbərliyinin və erməni dipÂlomaÂtiyasının bu mövzuda səsləndirdiyi fikirləri alt-üst etmiş olÂduÂlar. Həkimlərin açıqladığı faktlar və təsvir etdikləri olaylar Ermənistan rəhbərliyinin bəyanatları ilə nəinki üst-üstə düşmür, hətta onları təkzib edir.
Ağdərə hospitalının rəisi Xoren Azaryan və hospitalın həkimləri bu günÂÂlərdə mətbuata müsahibələrində 2-5 aprel tarixlərində düşdükləri ağır vəziyyətdən danışıb, çoxlu sayda itki verdiklərini söyləyiblər. Hospital rəisi qeyd edib ki, aprelin 2-də hospitala ardı-arası kəsilmədən yaralı əsgərləri daÂşıÂyırÂdılar. Hansı ki, 2016-cı il 2-3 aprel tarixlərində erməni mediasında və Ermənistan Müdafiə Nazirliyinin xəbərlərində bu barədə heç bir məlumata rast gəlinmir.
Hospitalın cərrahiyyə şöbəsinin rəisi mayor Arman Muradyan və cərÂrah David Marqaryanın etirafları isə Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinin zərÂbələrindən nə cür çətin duruma düşdüyünü bir daha göstərir. Hətta ermənilər Azərbaycan Ordusunun istifadə etdiyi silahlar qarşısında aciz qaldıqlarını gizlətmirlər. "Sisyandan olan könüllüləri ön xəttə aparan avtobuÂsun dronla vurulması həmin günlərdən yaÂdımda qalan ən dəhşətli xatirədir. Bilmirəm bu nə silah idi, insanlar diri-diri yanmışdılar. Bu, çox dəhşətli idi., - deyə mayor Gevond Tadevosyan söyləyib.
Gizlədilən itkilər üzə çıxır.
X.Azaryan dörd gün ərzində hospitalın 150-dən çox yaralı əsgər qəbul etdiyini, onların bir çoxunu xilas edə bilmədikləÂrini deyir. Nəzərə alsaq ki, işğal altındakı Azərbaycan ərazilərində Ermənistan ordusunun beş - Xankəndi Mərkəzi Kliniki Hospital, Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərədə yerləşən hərbi hospitalı mövcuddur, eyni zamanda döyüşlər vaxtı AğdəÂrə, Xankəndi, Xocavənd və Hadrutdakı xəstəxanalar da cəbÂhədən gələn yaralıları qəbul edib, ermənilərin itkilərinin açıqlananlardan dəfələrlə çox olması şübhə doğurmur. Açıqlamalardan məlum olduğu qədər "döyüşlər zamaÂnı hərbi hospitallar Ermənistanın ayrı-ayrı ərazilərindəki hospitallardan ezam edilən həkim briqadaları ilə gücləndirilib, stasionar və səyyar hospitalÂlar yaralıların çox olmasına görə fasiləsiz çalışıblar.
Ermənistan Ordusunun Madagizdəki qərargahının vurulma anı
Məlumatlara görə, aprel ayının 2-dən 5-dək cəbhədə Ermənistan siÂlahÂlı qüvvələrinin, aralarında yüksək rütbəli zabitlər də olmaqla, 300-dən çox hərbi qulluqçusu öldürülüb, 500-dən çox hərbi qulluqçusu yaralı şəkildə hərbi hospitallara və xəstəxanalara yerləşdirilib. Ölənlər arasında Qarabağa döyüşməyə gələn Qarabağ müharibəsi iştirakçıları, habelə Qarabağ erməniləri, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məsÂkunlaşÂdırılmış və separatçı silahlı birləşmələrə xaricdən cəlb olunmuş şəxslər də olub. Qarabağ müharibəsinin, eləcə də atəşkəs dövÂrünÂdəki döyüşlərin təcrübəsi göstərir ki, orduda xidmət edən yerli Qarabağ erməniləri barədə itkilər ümumiyyətlə media və sosial şəbəkəÂlərdə yer almır. Aprel döyüşlərinin gedişində Ermənistan tərəfinin açıqladığı öldürüÂlən hərbiçilərin siyahısında Qarabağda yaşayan cəmi 8 hərbiçinin (zaÂbiÂtin) yer alması burada itkilərin gizlədilməsi ilə bağlı ciddi sualları meyÂdana çıxarır.
Döyüşlərdə öldürülmüş erməni əsgərlərinin bir qismi
Qeyd edilməlidir ki, Qarabağdakı separatçı rejim öz itkilərinin sayını səsləndirmir, öz ölənlərini Ermənistandan ayrı sayır. Bu yalnız indi belə deyil. Qarabağ müharibəsində də itkilər barədə erməni mənbəÂlərində də Ermənistanın itkiləri Qarabağ ermənilərinin itkilərindən ayrı göstəriÂlirdi. Buna görə bəzi təcrübəsiz müşahidəçiÂlərdə belə təəssürat yaÂranır ki, ölənÂlərin hamısı yaxud əksəriyyəti Ermənistan vətəndaşÂlarıdır. Əslində isə, seÂpaÂratçıların itkiləri Ermənistandan gələnlərdən 2-3 dəfə çoxdur, laÂkin separatçı rejim onları gizlədir.
Ağdərə hospitalının həkimlərinin sadaladığı faktlar və söylədikləri rəÂqəmÂlər nə aprel döyüşləri zamanı, nə də ondan sonrakı dönəmdə ErməÂnistaÂnın Müdafiə Nazirliyi tərəfindən səsləndirilməmiş, yaralılar və ölənlər barədə susmağa üstünlük verilmişdir. Eynilə hər zaman döyüş itkilərinin gizÂlədilÂməsində istifadə olunan metod yenə tətbiq edilmiş, həlak olanlar və yaralılar barədə informasiyalar daxili və xarici auditoriyadan gizli saxlanılÂmışÂdır. Baxmayaraq ki, Azərbaycan tərəfi düşmənin verdiyi itkilər barədə məlumatlı idi və təkcə Ağdərə istiqamətində əks hücumların ilk günündə düşÂmənin yüzlərlə əsgərinin yaÂralandığı və öldürüldüyü ifadə olunmuşdur.
Azərbaycan Ordusu mərdliklə vuruşurdu - erməni həkimləri etiraf edir.
Erməni həkimləri itkilərdən və döyüşlər zamanı gərgin iş rejimlərindən danışarkən özləri də bilmədən Azərbaycan hərbiçilərinin müÂharibə qaÂnunlarına riayət etməsini də təsdiqÂləyiblər. Cərrah Arman Muradyanın sözÂlərinə görə, döyüşlərin davam etdiyi günÂlərdə Azərbaycanın zərbə pilotsuz uçuş aparatı Ağdərə hospitalının üzərində fırlanıb və müşahidə aparıb. Hansı ki, bundan əvvəl zərbə pilotsuz uçuş aparatları vasitəsilə Suqovuşandakı (Madagiz) qəÂrarÂgah və sursat anbarı vurularaq məhv edilmişdi.
Azərbaycan Ordusuna məxsus "Msta-S özüyeriyən haubitsalar. Foto: MN
Bu həqiqətdir. Döyüş əməliyyatlarının davam etdiyi günlərdə AzərÂbaycan Ordusu düşməÂnin cəbhənin dərinliyindəki bütün hərbi obyektlərinin havadan müşahidə və nəzarətini həyata keçirmiş, PUA-ların tətbiqi ilə düşmənin hərbi obyektləri, cəbhəyə dislokasiya edilən ehtiyat qüvvələri aşkarlanaraq məhv edilib. Sual oluna bilər: PUA hospitalın üzərində dolaÂşırsa, hərbi sanitar maşınların dayanmadan gəlib-getdiyi obÂyekÂti müşahidə edirsə, düşmənin hərbi qulluqçularının olduğu obyekt vurula bilməzdi? Koordinatları bəlli stasionar obyektin vurulması qədər asan nə vardı ki-¦
Ermənilərin öz dillərindən etirafları bir daha onu göstərir ki, AzərbayÂcan dinc əhalinin yaşayış məntəqələrinə artilleriya zərbələri endirən ErməÂnisÂtanÂdan fərqli olaraq beynəlxalq hüquqa, humanitar normalara riayət edəÂrək, hərbiçilərin belə olduğu hərbi tibb məntəqəsi və digər obyektlərə, o cümlədən mülki obyektlərə zərbə endirməmiş, bununla da öz insanpərÂvərÂliyini nümayiş etdirmişdir.
Erməni hərbi həkimlərinin müsahibələrində diqqəti cəlb edən digər maraqlı məqam isə onların nə mülki yaralıÂlar, nə də mülki işçilər barədə heç bir hadisə qeyd etməmələridir. Hansı ki, Ermənistan tərəfi döyüş əməliyÂyatları davam edən günlərdə guya ki, "çoxlu sayÂda dinc sakinin öldürülməsi barədə xəbərlər tirajlayaraq beynəlxalq aləmin və ErmənisÂtan ictiÂmaiyyətinin diqqətini hərbi uğursuzluqÂlaÂrından yayınÂdırmağa çalışırdılar. Həkimlərin dediklərindən məlum olur ki, meyitlərin və yaralıÂların hamısı bilavasitə döyüş bölgəÂlərindən gətirilib və hərbiçilər olub. Bu təsdiq olunan faktdır və əlavə şərhə ehtiyac yoxdur.
Aprel döyüşlərindən keçən bir il ərzində hər iki tərəfdə döyüşlərin geÂdişi, itkilər, əldə olunan nəticələr barədə çox saylı təhlili mateÂriallar hazırlanıb, fikirlər ifaÂdə olunub. Lakin dünyanın qəbul etdiyi reallıq - erməni tərəfinin özünün də etiraf etdiyi uğursuzluq, mövqe itirilməsi və çoxlu sayda canlı qüvvə itkisidir. Hal-hazırda da Ermənistan silahlı qüvvələrinin öz hərbi itkiÂlərini etiraf etmək əvəzinə onları müxtəlif formalarda ört-basdır etmək cəhdləri, Azərbaycan əsÂgərinin gülləsindən həyatını itirən hərbiÂçilərinin ölümünü yol-nəqliyÂyat qəzaları, silah-sursatla ehtiyatsız davranma, intihar, zəhərlənmə, bədÂbəxt hadisə və s. bu kimi hadisələrlə pərdələmə taktikası müşahidə olunmaqdadır. ErmənisÂtanın rəhbərliyi bu itkiÂlərdən dərs çıxarmaq və siyasi maraqlara qurÂban gedən əsgərlərin valiÂdeynÂlərinə cavab vermək əvəzinə daxili siyasi maraqların gerçəkləşdirilməsinə və xarici havaÂdarÂlarının dəstəyinə hesablanmış yeni təhdidlər səslənÂdirməyə davam edir. Bu durum isə təbii ki, regionda hərbi vəziyyəti gərginləşdirməklə yaÂnaşı, müharibə ehtimalının yenidən artmasını şərtlənÂdirir. Aprel döyüşləÂrinin ildöÂnümü ərəfəsində erməni analarına müraciət edən Azərbaycanın I vitse-prezidenti Mehriban xanım Əliyeva humanist təkÂliflə çıxış edərək, onları işğal siyasətinə dəstək verməməyə, öz balalarını bu siyasətinin qurÂbanı olmaması üçün etiraz səsini qaldırÂmağa çağırıb. I vitse-prezident bildirib ki, işğalçı qüvvələr Azərbaycan torpaqlarını tərk etməlidirlər, ondan sonra regionda sülh bərpa olunacaq və heç bir ana - nə erməni, nə də azərbaycanlı ana oğlunun məzarı üstündə göz yaşını tökməyəcək.
Qırılan ümidlər.
Ekspertlərin fikrincə, Azərbaycan Silahlı Qüvvələri 4 günÂlük mühariÂbəÂdə öz qüvvə və vasitələrinin az bir qismindən istifadə edəÂrək, əks hüÂcumÂla cəbhənin iki istiqamətində düşmənə ağır zərbə vurmuş, onu tələfata uğradaraq qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirmişdir.
Ermənistan ordusunun məğlubedilməzliyi barədə Sarqsyan-Ohanyan cütlüyünün uydurduğu mif darmadağın edildi. Ermənistanda döyüşlərin ilk günü qırılan "məğlubedilməzlik sindroÂmuÂnu erməni ekspertlər özləri də etiraf etməyə məcbur oldular. "KomÂmandos ləqəbli erməni general-mayor Arkadi Ter-Tadevosyan AzərÂbaycan Ordusunun öz məqsədÂlərinə çatdığını qeyd edib: "Bu döyüşlə aparılan kəşfiyyat idi. Onlar əldə etdiklərini təhlil edib ikinci addımı ataÂcaqlar. General Vitali Balasanyan isə bu günlərdə verdiyi açıqlamada AzərÂbayÂcanın əldə etdiyi silahların müasirliyindən və çox olmasından danışıb: "Nə qədər çətin olsa da, bunu deməyə məcburam. Aprel hadisələrindəki itkiÂlərimiz bütün ermənilərə mesaj oldu.
Talış kəndi ətrafındakı yüksəkliklərin tutulması bundan əvvəl düşmənə nisÂbətən aşağıda yerləşən müdafiə mövqelərimizi relyefə görə düşmənlə eyni səviyyədə, bəzi yerlərdə daha yüksəklikdə qurmaqla bərabər, düşmənin AğÂdəÂrənin şimalında illərlə qurduğu və qarşılıqlı döyüş əlaqələndirməsi yaÂratdığı müdafiə sistemini dağıtdı və cəbhə xəttini ciddi şəkildə xeyrimizə dəyişdi. Tapqaraqoyunlu-Borsunlu-Tərtər və daha cənubda geniş ərazilər ordumuzun birbaşa nəzarətinə keçdi. Tapqaraqoyunlu kəndi düşmənin atəşindən qurtuldu. Eyni zaÂmanda ordumuzun bu istiqamətdə irimiqyaslı hücumları üçün əlverişli əməÂliyÂyat plasdarmı qazanıldı. Cənubda Lələ-İlahi yüksəkliyinin düşməndən azad edilməsi isə Füzuli rayonunun 5 yaşayış məntəqəsini, dəmiryolu stanÂsiyaÂsını və avtomobil yollarını düşmənin silahları, hətta uzaqvuran artilleriya atəşi üçün əlçatmaz etməklə, ordumuza şimal-qərbə və şimala doğru işğalda olan geniş ərazini atəş nəzarəti altında saxlamağa imkan verir. Bu isə düşməni ən azı 25 km dərinliyində gizlin cəmləşmə və irəli çıxma imkanlarından məhrum edir.
Prezident, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş komandanı İlham Əliyev
Dörd günlük müharibədən sonra Azərbaycan Ordusunun düşmən üzəÂrində hərtərəfli hərbi-texniki üstünlüyü artıq potensial ehtimal kimi deyil, gerçək üstünlük kimi dünyada qəbul olunur. Belə demək olar ki, dörd günÂlük müharibədə düşmən əsasən üçünÂcü nəsil silahlarla döyüşdüyü halda Azərbaycan Ordusu buna qarşı beÂşinci nəsil döyüş idarəetmə sistemÂləri, silah və vasitələri tətbiq etdi. Bu öz nəticəsini düşmənə cəmləşmə rayonlarında və döyüş meydanında vuÂruÂlan sarÂsıdıcı cavabsız zərbələrdə - onun bütün hərəÂkətlərinin və manevrÂlərinin gecə-gündüz nəzarətdə saxlanılÂmasında, yüksək dəqiqÂliyə və böyük dağıdıcı gücə malik silahlarla cəbhənin dərinliyində düşmənin şəxsi heyətinin qərarÂgahÂÂlaÂrınÂda, silah-sursatının isə anÂbarÂlarda məhv edilməÂsində göstərdi. Bu kontekstdə 2016-cı ilin aprel ayında Ermənistan prezidenti Serj SarqsyaÂnın əndişəli halda "erməni ordusunun 1980-ci illərin silahları ilə döyüşməsi ifadəsi də nəzərdən qaçırılmamalıdır.
Prezident İlham Əliyev martın 31-də hərbiçilərlə görüşündə aprel döÂyüşlərini yüksək qiymətləndirərək deyib ki, ordumuz əlÂveÂrişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib olub: "Bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilÂmiş ərazilər bizə imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istədiyimiz tədbiri görə bilək. Təmas xətti dəyişdirildi. Bu gün Azərbaycan Ordusu təmas xəttində tam üstünlüyü özündə saxlayır-¦ Biz uzaqmənzilli raketlərimizdən, pilotsuz uçuş aparatlarımızdan demək olar ki, istifadə etmədik. Amma əgər istifadə etsək, işğal olunmuş torÂpaqlarda düşmənin daşı-daş üstdə qalmayacaq.
Bu gün ermənilərin etirafÂları aprel döyüşlərindən sonra onların məÂnəvi-psixoloji deqradasiyasının başlandığını göstərir. Sosial şəbəkələrdən və mediadan göründüyü qədər artıq "ölüm mələyini başları üzərində hiss edən erməni gəncÂləri işğal olunmuş ərazilərdə döyüşmək barədə deyil, öz gələcəyi barədə düşünməyə üstünlük verməkdədirlər. Onların ölməmələri, həyatda qalmaları üçün yeganə şans isə prezident İlham Əliyevin dediyi kimi "Azərbaycan torpaqlarından çıxıb getmələridir.(azeridefence.com)