Bakıda yanğın hadisəsi qeydə alınıb.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində 1 ədəd yataq dəsti yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənmiş vəziyyətdə yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Zirzəmi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.