Çinin mərkəzi hissəsində yerləşən Çunsin şəhərində 200 metr hündürlükdə gəzinti yolu inşa ediblər.

Unikal.org xəbər verir ki, "A hərfi formasında olan və əsas hissəsi dağın üzərində yerləşən konstruksiyanın uzunluğu 80 metrdir.

Tikilinin yerləşdiyi park administrasiyası Ginnesin Rekordlar Kitabının nümayəndələri ilə əlaqə saxlamaq və onun dünyada havada olan ən uzun gəzinti yolu kimi tanınmasına nail olmaq niyyətindədir.