Rəsmi Vaşinqton Suriyaya yeni zərbələrin endirilməsini istisna etmir.

Unikal.org-un "RİA Novosti istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Şon Spayser bəyan edib.

"Əgər dinc insanlar zəhərli maddələrdən istifadə ilə hücuma məruz qalsalar, yeni zərbələrin endirilməsi istisna edilmir, - deyə Ş.Spayser bildirib.

O, həmçinin qeyd edib ki, ABŞ Suriya münaqişəsinin nizamlanmasında Rusiya daxil olmaqla digər ölkələrlə əməkdaşlığa üstünlük verir.