Bakıda intihar hadisəsi baş verib.

Unikal.org trend-ə istinadən xəbər verir ki, bu barədə Suraxanı rayon Prokurorluğundan məlumat verilib.

Bildirilb ki, hadisə Suraxanı rayonunun Bahar qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü Abdullayev Vüqar Vaqif oğlu özünü yaşadığı evdə asaraq intihar edib.

İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb.