Daxili İşlər Nazirliyi (DİN) Bakıda ev sahibinin kirayənişin tərəfindən qətlə yetirilməsi barədə məlumat yayıb.
Nazirlikdən Unikal.org-a verilən məlumata görə, aprelin 10-da Bakı şəhər sakini Fial İsmayılov Suraxanı rayonunun Binə qəsəbəsindəki evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb.
Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən, həmin evdə kirayə yaşayan Gürcüstan vətəndaşı İlkin Əhmədov tutulub.