Bakıda metroda cibgirliklə məşğul olan şəxs yaxalanıb.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 10-da metronun "28 May" stansiyasının platformasında Sumqayıt şəhər sakini olan bir qadının çantasından içərisində 122 manat, sənəd və açarlar olan pul qabını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cümşüd Qocayev tutulub.