"Tarixi-mədəni abidələrimizin sökülməsi xalqın zəngin tarixi mədəni qatına zərbədən başqa bir şey deyil"

Image result for Vüsal HətəmovBu fikirləri Unikal.org-a şərqşünas-politoloq, dini yazar Vüsal Hətəmov Bakının "Sovetski" adlanan ərazisində məscidlərin söküntüsü ilə bağlı münasibət bildirərkən deyib.

O, qeyd edib ki, "Hacı Cavad Məscidi" sovetlər dövrünün ən radikal ateist vaxtlarında belə, tarixi-mədəni abidə kimi qorunub saxlanıb: "Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin (DQİDK) saytında "Hacı Cavad məscidinin tarixi, ərazi ölçüsü və bir sıra digər məlumatlar öz əksini tapmışdır. Sadəcə, mənə qəribə gələn budur ki, QMİ-nin balansında olmayan məscid bu xalqın tarixi-mədəni sərvəti sayılmır? Və ya bu dini abidə qorunmamalıdır? Sözügedən məscid sovetlər dövrünün ən radikal ateist vaxtlarında belə, tarixi-mədəni abidə kimi qorunub saxlanmışdır. Hazırda dünyada 2 obyekt var ki, qorunması zəruri hesab edilir. Birincisi təbiət, ikincisi də tarixi abidələrdir".

V.Hətəmov vurğulayıb ki, məscidlərin qorunması üçün təkcə orada ibadət edənlər deyil, digər ziyalılar, rəsmi qurumlar, QHT-lər də çalışmalıdırlar: "Biz guya Bakını turistlər üçün hazırlayırıq. Azərbaycan Şərq ölkəsi olduğu üçün, təbii ki, burada islami tarixi abidələr çoxluq təşkil edir. Turistlər paytaxtımıza gələndə 20-30 mərtəbəli yeni tikililəri deyil, tarixi abidələrimizi ziyarət edirlər. Odur ki, tarixi-mədəni abidələrimizin sökülməsi xalqın zəngin tarixi mədəni qatına zərbədən başqa bir şey deyil.
İstər məscid, istər digər dini abidələrin qorunması üçün təkcə orada ibadət edənlər deyil, digər ziyalılar, rəsmi qurumlar, QHT-lər də çalışmalıdırlar. Məscid təkcə dindarların deyil, xalqın ümumi mədəni sərvətidir".

Qeyd edək ki, "Hacı Cavad Məscidi"nin sökülməsi ilə bağlı münasibət bildirərkən deyib ki, bu məscidlərin heç biri QMİ-də qeydiyyatdan keçməyib: "Mən heç o məscidlərin yerini belə tanımıram. Əgər söhbət ümumiyyətlə məscidlərin sökülməsindən gedirsə, əlbəttə mən bunun tərəfdarı deyiləm".

Həsən Babayev