Bakıda binada uçqun nəticəsində ölənlərin adları məlum olub.

Unikal.org xəbər verir ki, hadisə nəticəsində ölənlər 1983-cü Yolçuyev Ramal Layiq oğlu və 1973-cü il təvəllüdlü İbrahimov Rövşən İsmayılov oğludur.(apa)


***17:23

Səbail rayonunun Şıx qəsəbəsində baş verən uçqun nəticəsində xəsarət alaraq xəstəxanalara yerləşdirilən şəxslərin adları məlum olub.

Unikal.org-un xəbərinə görə, 1981-ci il təvəllüdlü Tofiq Hüseynov sol bud sümüyünün yuxarı hissəsinin qəlpəli sınığı ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.

1983-cü il təvəllüdlü Ayaz Orucov sağ baldırın sınığı diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib. O, artıq ambulator müalicə üçün evə buraxılıb. 1962-ci il təvəllüdlü Əmir Mehdiyev sol bud sümüyünün sınığı ilə KTM-in reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, hadisə "Green City" yaşayış-istirahət kompleksinin həyətində qeydə alınıb. Burada tikilməkdə olan iaşə obyekti uçub. Nəticədə orada işləyən şəxslərdən azı 2 nəfəri ölüb, 4 nəfəri xəsarət alıb. Yaralılardan 1 nəfərə yerində yardım göstərilib, 3 nəfər isə xəstəxanalara yerləşdirilib.


*** 16:45
Bakıda binada baş verən uçqun hadisəsi nəticəsində ölən və yaralananların sayı açıqlanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova Unikal.org-a bildirib ki, ilkin məlumata görə, hadisə yerində 6 nəfər olub. Onlardan 1 nəfərə yerində yardım göstərilib, 3 nəfər Klinik Tibbi Mərkəzinə aparılıb.

2 nəfər isə hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, Paytaxtın Səbail rayon Şıx qəsəbəsində, "Green City istirahət mərkəzində tikilməkdə olan binada uçqun baş verib.

Fövqəladə Hallar Nazirliyi tərəfindən hazırda xilasetmə işləri davam etdirilir.

***16:39

Bakı şəhərində bina uçub.

Unikal.org xəbər verir ki, bu barədə Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Şıx qəsəbəsində, "Green City istirahət mərkəzində baş verib.

Tikilməkdə olan binada baş verən uçqun nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.

Fövqəladə Hallar Nazirliyi faktı təsdiqləyib. Bildirilib ki, hadisə yerinə cəlb edilən xilasedicilər dağıntılar altından 1 nəfərin meyitini çıxarıblar. Hazırda xilasetmə işləri davam etdirilir.