Bakıda keçmiş kafe sahibi şlanqla döyülüb.
Unikal.org Report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən "Qəbələ" kafesində qeydə alınıb.
Belə ki, 34 yaşlı Namiq Vəliyev kafe işçiləri tərəfindən şlanqla döyülüb. O, xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, N.Vəliyev kafenin keçmiş icarədarı olub. O, indiki icarədardan boşqab və qaşıqlara görə ona olan 700 manat borcunu tələb edib. Döyülmə də məhz bu səbəbdən baş verib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları araşdırma aparır.