"İngilis və rus dillərini öyrənirəm. 5 dəfə İngiltərədə kursda olmuşam"
 
Bu fikirləri xalq artısti Bilal Əliyev Unikal.org-a verdiyi müsahibəsində deyib. B.Əliyev yaxın günlərdə yenidən İngiltərəyə gedib imtahan vercəyəini bildirib: "İstəyirəm ki, repertuarımda ingilis, rus mahnılarına yer ayırım. Dünya arenasına çıxa bilim. İki ilə yaxın müddətdir ki, mücadilə edirəm. Bu yolda çalışıram. Artıq 5 dəfə İngiltərədə kurs keçmişəm. Həm Azərbaycanda, həm İngiltərədə üzərimdə 5 müəllim işləyir. Yaxın günlərdə 6 –cı dəfə İngiltərəyə imtahana getməliyəm".
 
Xalq artistinin geniş müasahibəsi sabah Unikal.org-da yayımlanacaq.