Türkiyəli aktrisa Birce Akalay Hüriyyet qəzetinə müsahibə verib.
Unikal.org xəbər verir ki, aktrisa müsahibəsində yeni premyerası olan "Deliormanlı" filmindəki rolu və şəxsi həyatı barədə bəzi məqamlara toxunub. Akalay həyat yoldaşı Sarp Levendoğlu ilə ilk dəfə "Küçük ağa" serialında tanış olduğunu söyləyib:
"Daimi olaraq kontaktda olduğun insana qarşı münasibətin fərqli ola bilər. O, məni gözəl qəlbə və həyatdakı möcüzələrə inandırdı. Onun gözəl könlünü sevdim. Bir söz də deyim ki, mənim üçün azadlıq tamam fərqli bir şeydir. Əvvəlcə sən əksik olursan, yarını tapmağa çalışırsan. Yarın tapılandan sonra bütöv olursan və azadlığı əldə edirsən".
Aktrisa mətbuatda yayılan boşanma xəbərlərinə də münasibət bildirib:
"Haqqımızda çox şayiələr yayılır, bu xəbərləri ciddi qəbul etmirəm. Hətta ərimi onun anasıyla sevgili olduğunu iddia etdilər. Onlar, sadəcə, şəhərdə gəzirdilər, fotolarını çəkərək xəbər yazmışdılar ki, həyat yoldaşını Sarp aldadır. Amma bilmirdilər ki, o xanım mənim qayınanamdır".