Kuba əsilli, Azərbaycanın sabiq boksçusu Lorenso Sotomayor "5/5" verilişinin qonağı olub.
Unikal.org axsam.az-a istinadən məlumatına görə, boksçu ona burada "Qara bala" deyə müraciət olunduğunu deyib:
"Kababı çox sevirəm. "Ləzginka" oynayıram. Dörd ildir Bakıdayam. 31 yaşım var, subayam. Evlənməkdən, arvaddan qorxuram. Azadlığı sevirəm".
Qeyd edək ki, Lorenso Sotomayor 2015-ci ildə Bakı şəhərində baş I Avropa Oyunlarının qızıl medalını, 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş XXXI Yay Olimpiya Oyunlarının isə gümüş medalını qazanıb.