"Ermənilərin cəbhənin Ağdam rayonu istiqamətindəki təxribatının qarşısı alınıb".
Unikal.org xəbər verir ki, bu barədə Trend-ə Ağdam rayon Quzanlı qəsəbə bələdiyyəsinin sədri Mehdi Məmmədov məlumat verib.Bələdiyyə sədri bildirib ki, ötən axşam ermənilər Ağdamın təmas xəttinə yaxın kəndlərini ağır artilleriya qurğularından atəşə tutub: "Bu gün səhərə qədər atəş davam edib. Ermənilər Baharlı və Xındırıstan qəsəbələrini atəşə tutub. Baharlıya bir mərmi düşüb, xoşbəxtlikdən itki olmayıb. Səhər saatlarında düşmən cavab atəşi ilə susdurulub. Hazırda Ağdam ərazisində vəziyyət tam sabitdir və nəzarətdədir. Atışma dayanıb, əhali öz evlərindədir".
Ağdam kəndlərinin boşaldılması məsələsinə münasibət bildirən M.Məmmədov deyib ki, bu, tamamilə yanlış məlumatdır: "Heç bir Ağdam sakini evini boşaltmayıb. Hamı öz evində, öz işindədir".