Bu gün Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğal edilməsindən 23 il keçir.
Unikal.org Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, Kəlbəcər Azərbaycanın mühüm hərbi-strateji əhəmiyyət kəsb edən bölgəsi idi. 1936 kvadrat kilometr ərazisi, 60 min əhalisi, 128 kəndi olan Kəlbəcər rayonu Dağlıq Qarabağ müharibəsi başlayandan iki tərəfdən mühasirədə idi, 1992-ci ildə Laçının işğalından sonra Kəlbəcərin daha bir tərəfi bağlandı və rayon 3 tərəfdən düşmən mühasirəsində qaldı. Kəlbəcərin Azərbaycanın digər bölgələri ilə əlaqəsi yalnız 3500 metr hündürlükdə olan Murov Dağı vasitəsilə həyata keçirilirdi. Kəlbəcər uğrunda gedən döyüşlərdə 55 hərbçi və 220 mülki şəxs həlak olub, minlərlə sakin yaralanıb, 321 nəfər əsir götürülüb.
İndiki Kəlbəcər Rayon İcra Hakimiyyətinin Şəkidəki səlahiyyətli nümayəndəsi Bəşir İbrahimov o günləri heç vaxt unuda bilmədiyini söyləyir. Bəşir müəllim özü, yoldaşı və 3 övladı həmin dəhşətli günlərdə min bir əziyyətlə həyatda qalmağı bacarıb. Artıq 23 ildir Kəlbəcər rayonunun əhalisi ölkənin 61 rayon və şəhərində məskunlaşıblar. Onların tək arzuları öz ata-baba yurdlarına geri dönməkdir.