Türkiyənin imperatoru İbrahim Tatlısesin qızı Dilan Çıtak ağır yol qəzasına düşüb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, gecə saatlarında yağış yağdığı üçün sükanın idarəetməsinə nəzarəti itirən Çıtak yolun kənarına çırpılıb.
Qəzadan sağ-salamat çıxan imperatorun qızı sosial şəbəkədə baş vermiş hadisə ilə bağlı açıqlama verərək, "İnsanın həyatı həqiqətən saniyələrə bağlıdır. Bir an avtomobil dayanmayacaq deyə, düşündüm. Qarşıdan avtomobil gəlmədiyi və heç kimi vurmadığım üçün şükr edirəm" deyib.