Toplantıda Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi müzakirə olunacaq.
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik həmsədrlərin gələn həftə Avstriyanın paytaxtı Vyanada toplaşacaqlarını təsdiqləyib.
Unikal.org APA-ya istinadən məlumatına görə, C. Uorlik bu barədə Twitter hesabında yazıb.
Amerikalı həmsədr qeyd edib ki, görüş aprelin 4-də baş tutacaq.
O bildirib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsi zonasındakı təmas xəttində gərginliyin artması müzakirə olunacaq.