Xəbər verdiyimiz kimi, bu gün Aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Nəticədə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu və iki dinc sakin şəhid olub.
Ölkə insanının isə xəbər almaq üçün yeganə ünvanı saytlar, xəbər portalları, agentliklərdir. Gecdə olsa ölkədə fəaliyyət göstərən telekanallar cəbhədəki hadisələrlə bağlı məlumatları yaymağa başladılar və rəsmən çal-çağır şou verlişlər efirdən yığışdırılıb.

ATV kanalının sözçüsü Vaqif Aydınoğlu unikal.org-a bildirib ki, 17:00-dan sonra təmsil etdiyi kanalda rəsmən çal-çağır verlişlər efirə verilməsi dayandırıldı. Əvəzinə vətənpərvərlik verlişlər və kino filimlər salınıb.
İctimai Televiziya və Radio Yayımları şirkəti efir proqramında dəyişiklik edib. Televiziyanın İctimaiyyətlə əlaqələr şöbəsindən unikal.org-a verilən məlumata görə, İctimai Televiziya və Radio Yayımları Şirkəti cəbhə bölgəsində baş verən hadisələrlə əlaqədar bu gündən 3 gün müddətində öz proqramına dəyişiklik edib.

Musiqili və əyləncəli xarakterli verilişlər proqramdan çıxarılıb.
Unikal.org milli kanallarda kiçicik bir monitorinq keçirdib.
AzTV, İTV, ATV, LiderTv, ANSTV, Xəzər TV, Space TV efirində vətənpərvərlik mövzusunda verilişlər və bədi filimlər nümayiş etdirilirlər.